Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

İmam Həsən Əsgərinin (ə) şəhadəti

İmam Həsən Əsgəri hicri-qəməri təqvimi ilə 260-cı ildə rəbiul-əvvəl ayının 8-də şəhadətə çatıb. Şəhadətə çatan zaman onun 28 yaşı olub. Atası 10-cu imamımız İmam Əliyyən Nəqi (ə) olub. Bununla da İslamda Zəmanə Sahibi 12-ci İmam Həzrət Məhdinin (ə.f) imamət dövrü başlayır. Bu münasibətlə başda İmam Zaman (ə.f) ağa olmaqla, bütün müsəlmanlara başsağlığı veririk. On birinci imam Həzrəti Həsən Əsgəri (ə) şəhadətə çatmışdır (hicri 232 - miladi 846). O, 10-cu imam Həzrəti Əli Hadinin (ə) oğlu idi. Atasının şəhadətindən sonra, 22 yaşında ikən imamət vəzifəsini öhdəyə almış, 6 ildən sonra xəlifə Mötəmidin əmri ilə zəhərlədilərək şəhadətə çatmışdır.O, zalım Abbasi üsul- idarəsi tərəfindən xilafətin paytaxtı Samirra şəhərinə sürgün edilib nəzarət altında saxlanılırdı. Samirrada hərbi qarnizonun yerləşdiyi Əsgər məhəlləsində məskunlaşdığı üçün, Əsgəri ləqəbi ilə tanınırdı. 12-ci imam Həzrəti Mehdinin (ə) atasıdır.
İmam Həsən Əsgərinin (ə) hədisləri
İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”
İmam Həsən Əskəri (ə) buyurur: “Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”

Rza (ə) məqbərəsi keçmişdə və bu gün

Dünyada Müsəlmanlar Əli ibn Musa ər-Rza (ə)-ın məqbərəsinə böyük hörmətlə yanaşırlar. Keçmiş dövrlərdən indiyə qədər bu hərəmin abadlığı və çiçəklənməsi üçün onlar əllərindən gələni əsirgəmirlər.
Lakin, keçmişdə bəzən bunun əksi də müşahidə olunubdur. Bəzi hökmdarlar müxtəlif dövrlərdə bu müqəddəs məkana ikrahla yanaşıb hətta bu müqəddəs məqbərənin uçurulmasına belə imkan yaratmışlar.
Xorasan vilayəti İslamın ilk dövrlərində
Mərv şəhərində (türkmənistan) İran şahı Yezdgird Sasaninin ölümündən sonra 3-cü xəlifə Osman Xorasana hücüm əmri verdi. O, tayfa başçıları və rəhbərlərinə yazırdı: "kim daha tez Xorasanı ələ keçirsə vilayətin əmiri də o olacaq". Bir neçə döyüşdən sonra Abdullah ibn Amir Xorasana daxil oldu. Şəhərləri ardıcıl olaraq fəth edərək Mərv şəhərinə çatdı və oranı özünə paytaxt elan etdi.

İMAM RZA (Ə)IN ŞƏHADƏTİ MÜNASİBƏTİNƏ

Allahın adı ilə
Şəhid olduğu gecə İmam (ə) yuxuda babası Peyğəmbəri görmüşdü ki, ona belə buyurdu: «Sabah bizim yanımıza gəl. Bizim yanımızda olan, indi içində olduğundan daha yaxşıdır».
Hərsəmə belə deyir: Gecə yarısı İmam (ə) məni hüzuruna çağırdı. Mən imamın yanına getdim. Həzrət mənə belə buyurdu: «Məmun sabah məni üzüm və narla zəhərləyəcək. Bunu bil ki, şəhid olduğumdan sonra o, məni qüsl etmək istəyəcək. Ona belə de ki, bu işi görmə, yoxsa Allah sənə möhlət verməz. Elə bu vaxt heç kimin görüb bilmədiyi bir şəkildə oğlum Mədinədən gəlib qüsl və kəfən edəcək. Sonra mənim meyidimi Harunun məqbərəsinə aparacaqlar və Məmun məni onun arxasında dəfn etmək istəyəcək. Lakin vurduğu külüng yeri qazmayacaq. Bu vaxt sən Məmuna de ki, qəbrin önündə külüngünü yerə vursun. Sonra hazır bir qəbir görünəcək və başının üstündə şəffaf su qaynayıb daşacaq və suyun içində kiçik balıqlar görünəcək. Sonra böyük bir balıq gəlib kiçik balıqları yeyəcək, ondan sonra su çəkilib gedəcək. Bu vaxt məni qəbrə qoyun, amma qəbrimə torpaq tökməyin. Çünki qəbir öz-özünə dolacaq. Ey Hərsəmə, dediyim işləri görün və qoymayın ki, ayrı iş görülsün, yoxsa Allah sizi əzablandırar». Nəhayət Məmun o Həzrəti (ə) Mərvdən Bağdada gedən yolda, Tus şəhərində zəhərli üzümlə zəhərlədi. Həzrət (ə) evinə qayıdıb köhnə dostu Әbasəltə belə buyurdu: «Evin xalçalarını yığışdır və heç kimi evə gəlməyə qoyma. Mənim can verən zamanımdır. Mən də, babam Hüseyn (ə) kimi torpaq üstündə can vermək istəyirəm.»

İmam Həsən (ə)ın şəhadəti

Müaviyə, imam Həsənin (ə) məhəbbətini onu sevənlərin qəlbindən çıxarmaq üçün həzrətin ictiami və siyasi şəxsiyyətini köləgələmək üçün müxtəlif mübarizə yollarına əl atırdı. Lakn hər bir cinayətə əl atırdısa nəticəsi onun istəyinin əksinə olur, hər gün həzrətin, din və həqiqətin aşiq və tərəfdarları daha çoxalırdı. Ona görə də o böyük şəxsi fiziki olaraq məhv etməklə aqradan qaldırmaq qərarına gəldi ki, beləliklə də onunla döyüşmə əzmində olan Əhli-beyt (ə) sülaləsinin digər fədləri və sadat seyidlər ümidis olsun. O həzət isə onun aradan götürmək istədiyi ən böyük maneə idi.
Müaviyyənin çirkin cinayəti
Müaviyə dəfələrlə imam Həsəni (ə) zəhərləməyi qərara alıb çoxlu məxfi vasitələrə əl atdı. Hakim Nişaburi Ümm Bəkr binti Məsurdan olan mötəbər sənədə əsasən nəql edir: Həsən ibn Əlini (ə) dəfələrlə zəhərləsələr də onun təsiri güclü olmamışdı. Sonuncu dəfə zəhər onun ciyərlərini parçaladı.

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI

Məhəmməd – sallallahu aleyhi və səlləm – Peyğəmbərlərin (nəbilərin) və Rəsulların sonuncusudur. Bütün insanlara göndərilmiş rəsuldur. O, Allahın bir quludur, ona ibadət edilməz, o bütün yaradılmışların ən xeyirlisi, ən fəzilətlisidir.
Allah dərgahında ən dəyərlidir, dərəcəsi ən yüksək və Allaha ən yaxın olandır. O, haqqla, hidayətlə insanlara və cinlərə göndərilmiş bir peyğəmbərdir. Ona kitabını endirmiş, dininin əmini etmiş, risalətini təbliğ etməkdə onu seçmişdi. Bu risaləti təbliğ etməkdə onu səhf etməkdən və xəta etməkdən qorumuşdur. Onun risalətinə iman gətirib, nübuvətinə şəhadət gətirməyincə heç bir qulun imanı səhih olmaz. Ona itaət edən Cənnətə, ona qarşı çıxan isə Cəhənnəmə girər.
Peyğəmbərimiz – sallallahu aleyhi və səlləm – i bilmək özündə bir neçə xüsusiyyətləri əhatə edir.

Dinin yaşaması və Hüseyn əleyhissəlamın şəhadətinə minnəttarlıq

Ey hüseyn!İslam səninlə canlandı, Quran sənin vasitənlə hifz oldu.Sən insanlığın dəyər və qiymətini göstərdin və
ayəsini təfsir etdin.
Ya Hüseyn! islamın səndən başqa xilaskarı yoz idi.Səni səslədi,sənə şikayət etdi.O sən oldun ki,azğınlıqları həll etdin.
Sən öz qanını Allah yolunda bağışladın və nicat istəyən Allah bəndələrin cəhalət və zülümdən xilas etdin.
O dövürdə Bəni Üməyyə islam dövlətlərində hakim olmuşdu bütün basitələrdən istifadə edərək insanları Tohid,İslam və Əhli beyitdən ayrı salmaq və cahilliyyət dövrünün qanunların işə salmaq istəyirdi.O ölümcül vəziyyətə boyun əymək nəticəsində gərginlik,hegemonluq.günah və təqsir hər yeri bürümüşdi.Tənha Hüseynin səsi,Quran və İslamın səsi idi ki, islam aləmini oyatdi və onun nəvazişli səsi, həvəs və sevinclə Allah yolunda şəhadətə çatdı,islamı dirçəltdi.

Həzrəti Ayətullah üzma safi Gülpayqani ibn Şəhr Aşubun beynəlxalq konfransında səlahiyyətli şəxslər birliyində bəyannaməsi

Bismillahir- Rəhmanir- Rəhim
«الحمد لله رب العالمين و الصلاه و السلام علي سيد الأولين و الآخرين و خاتم الأنبياء و المرسلين سيدنا ابي القاسم محمد و علي آله الطاهرين المعصومين و لاسيما بقيه الله في الأرضين و اللعن علي أعدائهم أجمعين إلي يوم الدين»
Allah taala buyurur: (Ənam surəsi, ayə 90)
«اولئك الذين هدي الله فبهداهم افتده»
İlk növbədə bu böyük fəaliyyətiniz və götürdüyünüz qədəm üçün sizlərdən təşəkkür edirəm və hamınız üçün o ulu Tanrıdan müvəffəqiyyətlər arzu edirəm. Ümidvaram bu böyük zəhmətlər ki, çəkirsiniz Həzrəti İmam Zamanın (ə.c) inayəti və nəzəri sayəsində özünə yer tutmuş olsun.
Bu cür proqramlar nə qədər də genişləndirilsə, məzhəbi və əhli beyt maarifinin və insaniyyət məktəbinin güclənməsinə səbəb olacaqdır.

Həzrəti Ayətullah üzma Safinin vətəndaşlıq və əmr be məruf və nəhy əz münkər konfransına bəyanatı

 Allah taala buyurur:
«كنتم خير امه اخرجت للناس تأمرون بالمعروف و تنهون عن المنكر و تؤمنون بالله»
İmam Əli (ə) buyurur:
«ما أعمال البر كلها و الجهاد في سبيل الله عند الأمر بالمعروف و النهي عن المنكر إلا كنفثه في بحر لجي»
Əsəlamu Ələykum və rəhmətullahi və bərəkatuh
Müvəffəiyyət arzu edirəm bütün müəllim, tədqiqatçı, tələbə müəssisələr və İslamı təşkilatlar və o cümlədən bu beynəlxalq konfransda iştirak edən şəxslər üçün ki, İslam ümmətini bu böyük vacib ki, İslam ümmətini bu böyük vacib ki, əmr be məruf və nəhy əz münkərin ümumi olması üçün təşkil olunub insanları bu işə sövq verilir. Ümidvarıq bu addım yeni bir başlanğıcdır. Bütün müsəlman millətlər üçün ki, İslam əslini və din təlimlərini dirçəldib və Quranın həyat bağışlayan mənəviyyatının insanlara şamil olmasına səbəb olacaqdır.

Misirin Quran qarilərinin və əhlibeyt şairlərinin Ayətullah üzma Safi Gülpaqani ilə görüşü

Misirdən bir dəstə alim, Quran hafizləri və qariləri və əhli beyt şairləri 1390 cı il azər ayının on yeddesi dördüncü gün axşam vaxtları Ayətullah üzma Safi Gülpaqaninin evində hazır olub o mərcəi təqlidlə görüşdülər. Bu görüşdə Əllamə Kuranı, Şeyx Muhəmməd əl həlbavi, beynəlxalq dərəcəliQuran mürəbbisi və şairi və Qahirədən Rəsul Hüseyn məscidindən bir dəstə iştirak etmişdirlər. Şairlər İmam Hüseyn (ə) və Əhli beyt barəsində öz şeirlərini söylədilər və Ayətullah üzma Safi Gülpaqani onlara öz təşəkkürünü bildirdi. Ayətullah üzma Safi Gülpaqani bu görüşdə İslam ölkələrinin oyanışına və xüsusi ilə də misirə işarə edərək bildirdi: Sevindirici haldır keçmiş rejimin devrilməsi ilə dost və qardaş misir ölkəsində İslam inqilabı və Quran hökümləri yenidən canlandırılacaqdır.

Həzrəti Ayətullah üzma safi Gülpayqani Ali Xəlifənin Bəhreyndə cinayətinə qarşı məhkumiyyətinin mətni

 

 

Bismillahir- rəhmanir- rəhim
«من يسمع مناديا ينادي يا للمسلمين فلم يجبه فليس بمسلم»
Bir neçə və Ali xəlifə adlı dəstələrin vəhşicəsinə cinayətləri ki, Bəhreyndə Ali səudla birlikdə həyata keçir, bu nöqtə İslam və Ərəb məzlum camaat və əsarətdə qərar verilmiş insanlar, kişi və qadın , böyük və kiçik və hətta südəmər körpələr, xəstələr, həkim və tibb işçilərinə gün keçdikcə təhmil olunur.