Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

Müqəddəs bağlılıq

İnsan təkcə yazıq və fağır mövcuddur ki, özünün kamal və inkşaf yollarından biri təklikdən çıxıb cütlüyə qoşulmaqdır. Müştərək yaşayış Tanrının bəndələrinə verdiyi nemətdir. Paklıqvə sağlamlıq yolu bu növ yaşayış tərzində xaliqin bəxş etdiyi böyük hədiyyədir.

Dini təlimlərdən, və mərifət qabliyyətindən və 14 dürdanədən nümunə götürərək bu müqəddəs bağlılığı həmişəlik edə bilərik. Ümumiyyətlə ailə qurmaq insan həyatının vicdanlı və düzgün qanunlarındandır. Tanrı öz bəndələrinə buyurur:

Aranızda olan subay kişiləri və ərsiz qadınları əməlisaleh kölə və cariyələrlə evləndirin. Əgər onlar yoxsuldularsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah mərhəmətli və biləndir. [1]

  

 

Ayə və hədislərdə evlənmək

Sizin üçün onlarlaünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. [2]

قال رسول الله (ص):

«اتخذوا الاهل فإنه ارزق لكم».

Peyğənbər (s) buyurur:

Ailə qurun cünki bu sizin ruzinizi çoxaldar.

قال الصادق (ع) :

«من ترك التزويج مخافة الفقر أساء الظن بالله عزوجل إن شاءالله عزوجل يقول ان يكونوا فقراء يغنيهم الله من فضله».

İmam Sadiq (ə) buyurur:

Hər şəxs evlənməyi kasıblıqdan qorxaraq tərk etsə, sanki Allaha suizənn edib. Çünki Allah buyurur: Əgər kasıb olsanız Allah öz fəzlindən və kərəmindən varlı və ehtiyacsız edər.

  



[1] - Nur, 32

[2] - Rum, 21