Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

Varlqın dürdanəsini tanımaq üçün bəhanə

İslasm Peyğəmbərinin həyatənə üç mərhələdə araşdırmaq olar:

İlkin mərhələ: Uşaqlıq dövranı.

Mötəbər tarixlərin şərhinə görə Peyğəmbərin uşaqlıq dövranında Ondan bir sıra əlamətlər görsənirdi ki Onun böyük və parlaq gələcəyindən xəbər verirdi.

Səkkiz yaşına qədər Peyğəmbərin kəfilliyini babası Əbu talib öhdəsinə götürmüşdü. Ondan sonra Əbdülmütəllibin vəsiyyəti ilə əmisi Əbutalib öz öhdəsinə götürdü. Əbutalib vəfat edənə qədər Onun himayətindən və xidmətindən əl götürmədi.

İkinci qismət: Uşaqlıqdan besətədək.

Bu zamanda O həzrət yüksək əxlaqa, iffətli, təvazökar, səxavətli, əmanətçi, sədaqətli və məşhur bir şəxs kimi həmçinin Əmin Məhəmməd kimi tanınmışdı.

Ərəblərin böyük qəbilələrinin Həcərül-Əsvəd daşını qoymaq üçün yaranmış ixtilaflarında kı, böyük bir dıyüş gözlənilirdi, Hamı yekdilliklə O həzrəti davər və hakim olmasına razılıq verdilər. Nəticədə ixtilaf da həll oldu.

Bu mərhələdə O həzrət qonaqlıq verərdi. Yetimləri saxlayardı. Kasıblara kömək edərdi. Məzlumlara əlindən gələni əsirgəməzdi. 25 yaşında məşhur və varlı olan 40 yaşlı Xədicə ilə evləndi. Xədicə özünün çoxlu sərvət və imkanlarını sədaqətli şəkildə onun ixtiyarında qoydu. O həzrətdə cəmiyyətin daha yaxşı yaşaması üçün kasıblara infaq edirdi. O qədər dövlət və sərvətlə ürəyi xoşkeçirməyə və əyləncəyə meyillənmədi.

Üçüncü mərhələdə: Besətdən Mədinəyə hicrətədək.

Bu dövranda Uca Allah tərəfindən bəşəriyyətə tərəf Peyğəmbərliyə seçildi. Ən böyük və ən məsuliyyətli vəzifəni öhdəsinə götürdü. “Deyin: La İlahə illəllah nicat tapın” nidası ilə İlahi dəvəti başladı. Bütlərin, Şirkin, batil adətlərin, müxtəlif növlü inancların, istismarın və zalımların batil olacağını elan etdi.

Peyğəmbər əziyyətlərin və məsxərəyə qoyulmaqların içərisində dəvətə başladı. Əli ibn Əbutalibdən və həyat yoldaşı Xədicədən başqa hüç bir ümməti yox idi.

Amma Peyğəmbər təkidlə, ardıcıllıqla və cəsarətlə öz dəvətini davam edirdi. Əli və Xədicə Ona kömək edirdilər. Əli evdən xaricdə və Xədicə evdaxili təbliğata başladılar.

Məhəmməd (s) Hikməti

Peyğənbər (s) buyurur:

Yaxşılığı ürəyin nuru, simanın gözəlliyi və işin gücü tapdım. Günahı ürəyin qaralığı, işin süstlüyü və sifətin çirkinliyi tapdım.

Peyğənbər (s) buyurur:

Ey Məsud oğlu! Allaha məğrur olma, və öz ibadət, yaxşılıq, əməl və elminə aldanma.