PEYĞӘMBӘRIN ŞӘXSIYYӘTI
Adı: Məhəmməd.
Ləqəbi: Әmin.
Künyəsi: Әbül-qasim.
Atasının adı: Abdullah.
Anasının adı: Aminə.
Doğulduğu yer: Məkkə.
Doğulduğu tarix: Fil hadisəsindən iki ay sonra.
Vəfat tarixi: Hicrətin on birinci ili.
Vəfat yeri: Mədinə.
Məzarı: Mədinə.
HӘZRӘT PEYĞӘMBӘRDӘN QISA KӘLAMLAR
1. Allah yanında ən pis adam elmi ilə əməl etməyib ondan faydalanmayan alimdir.
2. Әn yaxşı ev yetimin sevildiyi və ona hörmət göstərildiyi evdir.
3. Başqa adamlara hörmət edin və onların qarşısında təvazökar olun, çünki, təvazökarlıq adamın dəyərini artırar.
4. Allaha, qiyamətə və cəza gününə inananlar əhdinə vəfalı və bağlı olmalıdırlar.
5. Uşaqlar ata-analarına məhəbbət və sevgi ilə baxdıqları zaman sanki ibadət edirlər.
6. Yaxşı və dəyərli dost sahibi olmaq, səadət və xoşbəxtlikdir.