Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

IMAM CӘ᾽FӘR SADIQ ӘLEYHISSALAM

IMAMIN ŞӘXSIYYӘTI

Adı: fər

Ləqəbi: Sadiq

Künyəsi: Әbu Abdullah

Atası: Həzrət Məhəmməd Baqir (ə)

Təvəllüd tarixi: Hicri 80-cı il

Imamlıq müddəti: 31 il

Ömrü: 68 il

Şəhadət olduğu tarix: Hicri 148-ci ildə Abbasai xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid oldu.

Məzarı: Mədinədə Bəqi qəbristanlığı.

IMAMIN ŞӘHADӘTI

Mənsur imamı özünə tərəf çəkməyə, ya təhdidlə onu sakit etməyə müvəffəq olmadığı üçün o həzrəti şəhid etmək qərarına gəldi. Nəhayət imam Cəfər Sadiq (ə) 148-ci hicri ilinin Şəvval ayının 25-də zəhrələnərək şəhid olundu və o həzrətin pak vücudu Mədinədə Bəqi qəbristanlığında dəfn edildi.

IMAMDAN QISA KӘLAMLAR

1.Qardaşının istəyini yerinə yetirmək üçün çalışan hər müsəlman Allah yolunda cihad edənlər kimidir.

2.Namazlarına diqqət etməyən kimsə qiyamət günündə şəfaətimizə nail olmayacaqdır.

3.Dünyanı sevmək və ona bağlılığın nəticəsi narahatlıq və kədərdir. Dünyada təqvalı və pak olmağın nəticəsi isə ruh və bədənin rahatlığıdır.

4.Güclülərin gücsüzlərdən intiqam alması nə qədər də pisdir.

5.Uşaqlarınızın sizin yaxşılıq etməsi üçün siz də atanıza yaxşılıq edin.

6.Allahdan istəyin ki, ruziniz xalqın əlində olmasın.

7.Xalqın arasında özündən daha alim bir nəfərin olmasına baxmayaraq xalqı özünə tərəf çağıran kimsə ağzındır.

8.Doğru olmayan zarafatlardan çəkinin. Çünki düşmənçiliyə və bir-birinzə kin bəsləməyə səbəb olar.

9.Münafiqin nişanələri üç şeydir: 1. Danışanda yalan deyər; 2. Verdiyi vədə vəfa etməz; 3. Әmanətdə xəyanət edər.

10.Başqalarına paxıllıq etməyin, çünki sizi Allahdan uzaqlaşdırar.