ALTINCI MӘ᾽SUM IMAM SӘCCAD ӘLEYHISSALAM IMAMIN ŞӘXSIYYӘTI
Adı: Әli
Ləqəbi: Səccad və Zeynül-abidin
Künyəsi: Әbu Məhəmməd
Atası: Həzrət Hüseyn (ə)
Təvəllüd tarixi: Hicri 38-ci il
Imamlıq müddəti: 35 il
Ömrü: 57 il
Şəhadəti: Hicri 95-ci ildə Hişam ibni Әbdülməlikin əmri ilə zəhərlənərək şəhid oldu.
Məzarı: Mədinədə Bəqi qəbristanlığı.
Әsirlər karvanı Kufəyə çatdıqda camaat onları görmək üçün pişvazlarına çıxmışdılar. Imam Səccad (ə) Kufəlilərin e᾽tinasızlığından başa düşdü ki, onları tanımayıblar. Buna görə əli ilə işarə edərək onlara susmaq əmrini verdi. Camaat susdu. Hüseynin yadigarı sözə başlayıb belə buyurdu: «Ey Kufə camaatı! Mən Әli və Fatimənin övladı, Peyğəmbərin övladı Әliyəm. Mən uşaqları öldürülmüş, var-dövləti talan olunmuş, xanədanı əsir alınaraq qarşınızda saxlanılan imamın övladıyam.
Siz atama məktub göndərib də᾽vət etdiniz. O isə sizə tərəf gəldikdə onu öldürdünüz. Sabah qiyamət günündə Allahın və Peyğəmbərin cavabını necə verəcəksiniz?
Siz peyğəmbərinizin hörmətini saxlamadınız, onun ruhunu incitdiniz. Vay sizin halınıza, siz çox pis adamsınız».
Imam (ə) bu sözləri ilə yatmış vicdanları oyadaraq qəlbləri riqqətə gətirdi. Bununla da Әməvilərin şənliyini yasa çevirdi.
HӘZRӘTIN ŞӘHADӘTI
Nəhayət o böyük imam (ə) hicri 95-ci ilin Məhərrəm ayının 25-də, 57 yaşında ikən, bir çox narahatçılıqlar və zəhmətlər çəkdikdən sonra Hişam ibni Әbdülməlik tərəfindən zəhərləndirilərək şəhid oldu. Bəqi qəbristanlığında imam Həsən əleyhissalamın yanında dəfn olundu. Bu gün mübarək və müqəddəs məzarı yolunun aşiqləri və ardıcıllarının ziyarətgahına çevrilmişdir.