Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

FATİMƏNİN MİSİLSİZ FƏDAKARLIĞI

Fatimənin gəlinlik gecəsi çatmışdı. O həzrətin köynəyi köhnə olduğuna görə Peyğəmbər (s) onun üçün təzə paltar hazırlamışdı. Təsadüfən gəlinlik gecəsində Həzrəti fatimənin qapısına yolçu gəldi və dedi mən Peyğəmbər evindən köhnə paltarlardan istəyirəm. Həzrəti Fatimə ilk öncə istədi özünün köhnə paltarını versin. Amma birdən Quranın bu ayəsi yadına düşdü: "Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir![1]" Buna görə özünün gəlionlik və təzə paltarını o ehtiyaclıya verdi.

Bu hədis Həzrəti Ayətullah Kərimi Cəhrominin Fatimənin tərifində kitabından götürülmüşdür.

 

 



[1]- Al Imran surəsi, ayə 92