Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

Fatimə (s) ibadət mehrabında

Peyğəmbərdən rəvayət olub ki, buyurdu: Qızım Fatimə həqiqətən o əvvəldən axıra qədər olan aləmlərin qadınlarının seyyidəsidir. O mənim bir parçam və gözümün işiğı və mənim ürəyimin meyvəsidir. O mənim ruhumdur. O insan surətli bir mələkdir. Hər vaxt öz mehrabında Tanrısı ilə üzbəüz dayanardı, Onun nuru Göylərin mələkləri üçün parıldayır. Necə ki, ulduzlar yer əhli üçün parıladyır. Allah taala mələklərə buyurar: Ey mənim firiştələrim! Kənizim Fatiməyə, mənim kənizlərimin seyyidəsinə baxın, görün mənim qarşımda necə bədəni mənim xofumdan əsir. Həqiqətən ki, o qəlbi ilə mənə üz tutaraq, ibadət edir. Mən sizləri şahid tuturam ki, şiələr və onun ardıcıllarını cəhənnəm odundan uzaqda saxlayacam.

Bu hədis Həzrəti Ayətullah Kərimi Cəhrominin Fatimənin tərifində kitabından götürülmüşdür.