Gənc nəsl
Qryrətli və polad kimi əyilməz əziz cavanlar, sizlər tarıx boyu həmişə iftixar yaradaraq İslamı uca tutmusunuz. Ümidvaram ki, İmam Zaman (ə.c) in köməkçiləri də sizlərdən olacaq. Sizlər səngərləri qurumalısınız. Hər şəraitdəvə hər halda, universtetlərdə, təlim-tərbiyət mərkəzlərində, mədəni ocağlarda, təşkilatlarda və s yerlərdə öz ədəb, rəftar, paltar, və müstəqilliyinizlə İslami dəyərləri qoruyun.
İslamın keçmiş əzəmətini, izzətini, ucalığını və tərəqqisini özünə qaytarmaq üçün çalışın. Ondörd əsr dünyada parlamış İslam sivilizasiyasını yayın. Çağdaş nəsl, məxsusən gənc nəsl İslamın və Məhəmməd peyğəbmərin mədəniyyəti önündə məsuldurlar.
İslam sivilizasiyası qərb və şərqin bütün isremarçılarının, onu məhv etmək üçün çalışmaları ilə, bir milyarddan çox insanın yaşayışın tənzimləyir. İslamı diriltmə düşüncəsi düşmənlərdən rahatlıq və yuxunu almışdır. İslamla müqabilə etmək üçün sekularizmi yayırlar. İran və misir kimi ölkələrdə islamdan qabaqkı mədəniyyətləri genişləndirirlər. Çünki, İslamın dirilməsindən və müsəlmanların inkişafından qorxurlar. Məhz buna görə müxtəlif siyasət, bəhanə və hiylələrlə islamçılıq, izzəttələblik və müstəqillik qiyamlarını gizlədirlər.
Fələstin, Əlcəzair, orta asiya, Çeçenistan, Türkiyə və s İslam məmləkətlərində döyüş, qətlam və digər bəhanələrlə, məxsusən azadlıq və nasyonalizm bəhanəsi ilə istiyirlər İslam agahlığı, qüruru azan və Əllahu əkbər səslərini söndürsünlər.
Dini mentaliteti, hicabı və İslam qayda qanunlarını aradan götürsünlər.
Qərbçiliyin inkşafını pozğunluqun simvolunda, musiqinin yayılmasında, çalıb oxumağın genişlənməsində və gözəllik müsabiqələri kimi proqramların olmasında, göstərirlər.
Ey Əli şiələri! Ey aşurasevər gənclər! Ey Zəhrasevər qadınlar! Ayıq olun. Ayıq olun ki bizim düşmənlərimiz və dünyanın qüdrətli ölkələri İslamı aradan götürmək və onunla mübarizə etmək siyasəti kimi heç bir siyasətdə müttəfiq deyillər.
Çox dəqiq proqramlar və iqtisadi təzyiqlərlə istəyirlər cəmiyyətlərdə İslama qayıdış meylini aradan götürsünlər.
Ayıq olun ki, Allah və onun dininə köməkçi olasınız. Allaha etimad və təvəkkül etməklə axirəzzamanın fitnələrindən özünüzü sığortalayın.
Müsəlmanlara :
Ey müsəlmanlar! Ey tövhid və birlik ümməti! Ey əhli beyt şiələri, hər yerdə və diyarda olmaqdan asılı olmayaraq sədaqətdə, əmanətdə, məhəbbətdə, İlahi əxlaqı öz rəftarlarınızda göstərməkdə nümunə olmnalısınız.
Öz müsbət keyfiyyətli rəftarlarınızla başqalarının birlik, həmişəlik və bütün dünyaya məxsus olan İslam dininə cəzb və dəvət edin. Bu pak dinin gözəl xüsusiyyətlərini dünya ictimaiyyətinə çatdırın.
Hər müsəlmandan İslamşünas olma intizarı var. İlk öncə özünüz bu dinin xurafatdan uzaq olan və insan həyatının bütün sahələrinə aid olan proqramlarını tanıyın. Nəticə etibarı ilə onları bu növ hidayət olmaq istəyən və fitrətində olan insanlara çatdırın.
Aydındır ki elmli, dəqiq və agahlı şəkildə əməl edəriksə, və harada olmağımızdan asılı olmayaraq İslam qayda qanunlarını qoruyarıqsa, İslam əxlaqını və gözəl rəftarımızı göstərəriksə, çox böyük səmərələrə nail olacağıq. Qeyri İslam ölkələrində mütəmadi əsrlər boyu olan qərəzli səlib təbliğatları sayəsində, məxsusən qeyd olunan əsrlərdə İslama qarşı düşmən gözü ilə baxan, istemarçıların siyasətlərinin və təbliğatçılarının pərdələri altında gizlədilmiş İslamın gözəl simasını aydınlaşdırmaq bu nəslin boynunadır