Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

Gənclər ilə

Şiə dünyasının görkəmli mərcəi təqlidi Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safinin tərbiyəvi və əxlaqi nəsihətləri toplusundan bir qism.

Mütərcim : Ələddin Məlikov

 


 Möhtərəm Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safinin xidmətinə

Salam deyirəm.

Xahiş edirəm cavanlar üçün nəsihət buyurasınız?

Mərhəmətli və rəhim olan Allahın adı ilə

Əziz cavanlar hər zaman məxsusən indiki zamanda diqqətli olmalıdırlar. Batil dəvətlər çox və azdırıcı vasitələr daha çoxdur. Belə olan təqdirdə batillərin təsiri altına düşməydən özünüzü qoruyun.

Cavanlar bilməlidirlər ki tamam varlıqları ilə bəli deyəcəyi təkcə dəvət bütün camaatdan ağıllı və elmli olan və onların həyat tarixi və keçmişi tam bəlli olan və mötəbər tarix kitablarında zəbt olunan şəxslər olmalıdır. Aydındır ki onlar on iki İmam (ə) həzrətləridirlər.

Müvəffəq olun.


 Möhtərəm Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safinin xidmətinə

Salam deyirəm.

Mən və bütün cavanlar üçün nəsihət etməyinizi Sizdən xahiş edirəm.

Mərhəmətli və rəhim olan Allahın adı ilə

Qəlbləri İslam nuru dolu olan bütün əziz cavanları təqva, ədəb və dini göstərişləri əməl etməyə vəsiyyət edirəm. Həmçinin həyatın bütün mərhələlərində öz dininizi heç bir şeyə qurban verməyin, çünki zərər görərsiniz. Əksinə özünüzün hər şeyinizi dinə qurban verin.

Müvəffəqiyyət arzulayıram.


 Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safinin xidmətinə

Salam deyirəm.

25 yaşlı gəncəm. Üç aydır ki evlənmişəm. Bu üç ayda mənə aydın oldu ki, həyat yoldaşımın mənimlə yersiz uyğunsuzluğu var. Mütəmadi olaraq yersiz bəhanələr tapır və məndən ayrılmaq üçün fürsət axtarır. Bu müddətdə mən anladım ki, evlənmədən öncə digərləri ilə əlaqəsi olub, bir sözlə başı aşağı qız olmayıb. Bu barədə qeyd olunan müddətdə müxtəlif faktlar; məhəbbətamiz məktublar, telfon nömrələri və s tapmışam. Mən həmişə onu islah etmək məqsədi ilə nəsihət edirdim.

Hətta bir dəfə onu tapdığım faktları ata-anasına deməklə qorxutdum. Ondan öz imzası ilə yazılı şəkildə söz və barmaq imzası aldım. Amma təssüflər olsun ki təsir etmədi.

Əlbəttə şayəd, zahirdə əxlaqi cəhətdən problemi düzəldi, amma hazırda uyğunsuzluğu bəhanə gətirərək iki həftədir ki atasının evindədir. Çünki mən səninlə yaşaya bilmərəm və boşanmaq istəyirəm deyir. Biz də boşanmaq üçün istixarə etdik istixarə yaxşı gəldi. Lakin böyüklərin, qohumların və ağsaqqalların ortaya düşməyi ilə ikinci dəfə qayıtmağa məcbur edirlər. Əlbəttə heç kəsin evlənmədən qabaqkı məsələlər barəsində xəbəri yoxdur. Qızın özü isə deyir “ atam məni səninlə evlənməyə məcbur etdi ” Mən aqibətim və onu boşamaq üçün istixarədə etdim və yaxşı gəldi. İndi Sizcə mən nə etməliyəm? böyüklərin, qohumların və ağsaqqalların sözünə qulaq asmalıyam yoxsa istixarəyə əməl etməliyəm? əgər lazım bilirsizsə, sizdə bu barədə istixarə edin; Bilirsiz mən əsla ona etimad etmirəm. Gələcək həyatımdan və onun xəyanətindən qorxuram. Nə edəcəyimi bilmirəm qalmışam nə edim.

Əlbəttə onun özünün etirafına əsasən mənim heç bir əxlaqi və maddi problemim yoxdur. Bilmirəm əxlaqsız məsələlərini ata-anasına deyim yoxsa yox? Əgər deməsəm və onu boşasam heç bir şəxsin məsələni bilməməsinə ramən daha çoxlu fəsada çəkiləcək. Əgər desəm, bilmirəm bu məsələni isbat etmək üçün kifayət qədər hətta ondan aldığım imza və yazı ilə birgə sübutum var yoxsa yox?!

Vaxtınızı aldığıma görə üzrxahlıq edirəm. Amma kamil və qəti surətdə nəzərinizi bilmək üçün bütün məsələləri xırdalıqla qeyd etməyi məsləhət gördüm.

Təşəkkür edirəm.

Rəhman və rəhim olan Allahın adı ilə

Allahın həqir və fəqir bəndəsi, sizin şəxsi və fərdi həyatınızdan kifayət qədər məlumatsız olduğum üçün qəti təklif verə bilməyəcəyəm.

Amma ümumilikdə deyəcəklərim :

1-   Əgər şəxs üçün eyb və ar olan sirr ya məsələdən məlumatlısınızsa onu ifşa etməməyin savab və fəziləti var. Əksinə onu zərurətsiz yaymaq haram və günahdır. Hətta bəzən qəzf və təzir həddinə səbəb olar. Deməli sirri hətta ata-anasına belə deməkdən qorunun.

2-   Boşamaq kişinin əlindədir. Məxsusən əgər qadında meyillidir. Bəli əgər boşamaq ilə qadın əxlaqi fəsadların və ruhi sıxıntıların önündə qərar tutacaqsa, əlbəttə ki, imkan dairəsində boşamağı tərk etmək, qadınla yaşamaq və yaxşı münasibət bəsləmək daha yaxşı və əlverişlidir. Ümumiyyətlə Tanrı yanında halal işlərin ən qəzəblisi boşanmaqdır.

3-   Siz özünüz nəsihətçilərin, qohumların, böyüklərin, ağsaqqalların, dostlarınızın və əlinizdə olan imkanlara baxaraq, və müxtəlif cəhətləri ölçərək qərar tutmalısınız.

Məndə sizin xeyr və səlahınızın əldə olunması üçün dua edərəm.