XUMSUN HÖKÜMLƏRİ
1- Sual: Hazırkı şəraitdə həcc və ömrə pulları banklarda bir ildən çox qalır. O pulların da xumsunu vermək vacibdir ya xeyr?
Cavab: Xumsu yoxdur. Amma ehtiyata görə ödəmək yaxşıdır.
2- Sual: Xumsumuzu fəqir ata və anamıza verə bilərikmi?
Cavab: Fəqir ata və ana övladın vacibi nəfəqəsidir, əgər övlad mal cəhətdən qüdrəti olsa, ilk növbədə gərək onların xərclərini təmin etsin. Amma əgər seyyid olsalar vacibi nəfəqə üçün eliyə bilməz seyyidin payını onlara versin. Lakin imamın payı da müctehidn izninə bağlıdır.
3- Sual: Öz xumsumu hüseyniyyə və başqa xeyriyyə işlərə sərf edə bilərəmmi?
Cavab: Seyyidin payı gərək fəqir seyyidə verilsin, imam payı isə təqlid etdiyi müctehidin və ya onun nümayəndəsinin icazəsi ilə olsa, işkalı yoxdur.
4- Sual: Öldükdən sonra ailəyə verilən vəfat edənin maaşına xums şamil olurmu?
Cavab: İllik xərcdən artıq qalsa, xumsu var.
5- Sual: Vəfat etmiş müctehidin təqlidində qalan bir şəxs, öz xumsunu hansı müctehidə verməlidir?
Cavab: Diri müctehidə verməyi lazımdır. Vəfat etmiş müctehidə və ya vəkilinə xumsu ödəmək kifayət etmir.
6- Sual: Bir sıra kitablar almışam; ancaq onları mütaliə etməyə kifayət qədər fürsətim olmuyub, qeyd edilən kitablaraın xumsu var?
Cavab: Əgər ehtiyac ucbatından və istifadədə olubsa, xums yoxudur.
7- Sual: Mütaliə edilməyən kitabın xümsu varmı?
Cavab: Əgər kitab insanın ehtiyacında və onun şənində olsa, onları il boyu belə oxumasa onun xümsü yoxdur.
8- Sual: Bir qadına bir miqdar qızıl hədiyyə verilib və hazırda da ondan istifadə edir, onların xüms və zəkatını verməlidirmi?
Cavab: Qeyd edilən zinətlərin zəkatı yoxdur. Əgər normal həddə və adət ənə- ənəyə uyğun olsa, xümsü da yoxdur. Amma əgər şəxsin şənindən və normal həddən çox olsa, onun xümsu vacibdir.
9- Sual: Qızıl sikkəsinə (onluq və bahare azadi kimi) xums düşür?
Cavab: Onluq və bahare azadi kimi sikkələnmiş qızıllar da digər malik olduğumuz kimidirlər. Əgər xums ilinədək qalsalar, ona xüms vacibdir.
10- Sual: Bankda xumsu verilmiş saxlanılan pulun mənfəətinə xums düşürmü?
Cavab: Əgər mənfəət şəri şəkildə olarsa, xums ilinin başınadək xərclənməyən miqdarına xums vacibdir.
11- Sual: Universitet tələbələrinə kredit ünvanı ilə pul verilir, əgər onu saxlayarıqsa, xums düşərmi?
Cavab: Kreditin xümsu yoxdur. Məgər kreditdən aldığı pulu saxlaya və onun taksitlərindən nə qədər ödəyibsə, aldığı pulun həmin miqdarının xumsu vacibdir.
12- Sual: İşləyən qadınların gəlirləri var. Hər ay öz maaşlarından öz xumslarını çıxartmalıdırlar? Ya xums ilini müəyyənləşdirib, həmin vaxtda verməlidirlər?
Cavab: Hər ayda xums ödəmək lazım deyil. Aldıqları ilk maaş onların xums ilinin başlanğıcıdır. Əgər gəlirləri illik xərclədiklərindən artıq qalarsa, onun xumsu vacibdir.
13- Sual: Öz mehriyyəmi tədrici şəkildə keçmiş yoldaşımdan alıram, onun xumsu var ya yox?
Cavab: Mehriyyənin xumsu yoxdur.
14- Sual: Ömrəyə getmək üçün adımı yazdırmışam. Onun pulundan bir hissəsini ödəmişəm qalanı isə kreditdir. Onların xumsunu ödəməliyəm?
Cavab: Ödədiyiniz pul, əgər gəlirlərinizdəndirsə, bir onun üstündən keçibsə, sonra ömrə hesabına tökübsüzsə, xumsu var. Amma qeyd edilən kreditin xumsu yoxdur.
15- Sual: Xums verməmək məqsədi ilə bir cür xərcləyək ki, illik gəlirdən artıq bir şey qalmasın. Bunun işkalı var?
Cavab: Əgər halal yerlərə xərcləmək olsa və şənindən artıq olmasa, işkalı yoxdur. Sualdə fərz edilən təqdirində xums ödəmək lazım deyil.
16- Sual: Nəzr kimi verilən yeməkləri yemək ki, sahibinin xums ili olub olmadığı məlum deyil, necədir?
Cavab: Əgər sərf etdiyiniz yeməyin özünün, xums düşüb- düşmədiyindən yəqinliyiniz yoxdursa, ondan sizin üçün istifadənin işkalı yoxdur.
17- Sual: Mərcəyi təqlidə müraciət etmədən öz xumsumu özüm məsləhət gördüyüm yerlərə xərcləyə bilərəmmi?
Cavab: Xeyir. Camiuş- şərait müctehiddən iznsiz xumsda təsərrüf etməyə icazə verilmir. Amma müctehiddən və ya onun vəkilindən icazə ilə təyin olunmuş şəri xərclərdə xərcləyə bilərsiniz.
18- Sual: Əgər kredit götürsəm, onu xərcləmədən xums ilimin vaxtı çatsa, onun xumsunu verməliyəm ya yox?
Cavab: Kreditin xumsu vacib deyil. Məgər kreditin taksitlərindən ödədiyi miqdar ki, öz pulu hökmündədir.
19- Sual: Ev almaq üçün yavaş- yavaş pul saxlamışam, ona xums gəlir?
Cavab: Hazırda ehtiyacı olan evi almaq üçün bu növ tədrici pul yığmaqdan başqa bir yolunuz yoxdursa, qeyd edilən pula xums düşmür.
20- Sual: Burs bazarlarnda alınan səhamlara xums düşür?
Cavab: Sərmayə hökmündədir. Xums ilinin başında xumsu verilməlidir.
21- Sual: Əgər öz gəlirlərmdən birinə borc vermişəm və iki ildən sonra qaytarıb, xumsu var?
Cavab: Bəli. Onun xumsunu ödəmək vacibdir.