Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

HƏZRƏTİ Ayətullah– üzma SSFİ GÜLPAYQANİNİN HƏZRƏTİ MƏHDİ (Ə.C)İN TƏVƏLLÜDÜ MÜNASİBƏTİNƏ VERDİYİ BƏYANAT

Bismillahir-Rəhmanir-Rəhim
Salam olsun Məhdiyə ki, Allah onunla bütün ümmətlərə və intizarda qalan möminlərə vədə veribdir.
Allaha şükr edirik ki, hər il həzrəti Məhdi (ə.c) in dirilməsinə gün bə gün artırır. Qəlbləri şüur və şövqlə ona doğru yönəldir. Məhz buna görə naümidlər ümidlü və ümüdlülər daha ümüdlü olurlar. Mənəviyyatın azalması və heyvani hisslərin çoxalması gündən günə çox olan bir zamanda, Fatimə (s) övladlarından və İmam Hüseyn nəslindən bir münci qəlbləri aydın və ürəkləri küfrdən uzaqlaşdıraraq, nur saçacaq.
Daha az bir mövzu var ki, Məhdi (ə.c)in mövzusu qədər insanı vəcdə gətirsin. Daha az yazı var ki, o həzrətin barəsində yazılan kitablar və məqalələr tək oxucusu olsun. İl boyu möminlərin ürəkləri o həzrətin xatirəsinə məşğuldur. Amma hamı Şəban ayının gəlməsini gözləyir və o həzrətin təvəllüd günlərini. Çünki möminlər o həzrətlə öz imanlarını və öz dini şüurlarını təzələmək istəyirlər.
Məhdi anlayışı məktəb, mədrəsə və universitetdir ki, dini- əxlaqi həyatımızda onunla unudulmuş işlər yada düşür. Hamı İslami dəyərlərin qorunmasına diqqət yetirir. Bu təvəllüd əmr be məruf vənəhy əz münkər təvəllüdüdür. İslami məqsədlərin tələbi təvəllüdüdür. Qərbin çirkin mədəniyyəti qüarşısında müqavimət təvəllüdüdür. Bu nurlu təvəllüdü əziz tutmalıyıq.
Gözləntimiz budur ki, bu ildə proqramlar daha da əzəmətli keçirilsin. İslamın verdiyi bütün göstərişlərə əməl etməklə yanaşı şadlıq və bərəkətlərdən istifadə edək. Bütün gözləyənlər bu səadətli gecədə, o həzrətin təvəllüdü gecəsində ehya edərək, Allahdan ancaq o həzrətin fərəci dua etsinlər. İnşaallah bu dualar, istəklər və təzərrülər Allahın dərgahında qəbul olunacaq.
Şəban. 1431
Lütfüllah Safi.